REGİONLAR


İsmayıllıda keçirilən səyyar satışda 70 faiz güzəştlə 45 ton ammonium nitrat gübrəsi satılıb

Bakı, 9 mart, AZƏRTAC

Fevral ayından etibarən “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən rayon mərkəzindən uzaq məsafədə yerləşən kəndlərdə mövsüm başa çatmamış azot gübrəsinin güzəştli şərtlərlə səyyar satışına başlanılıb. Şəki, Oğuz, Göyçay, Sabirabad rayonlarından sonra növbəti səyyar satış İsmayıllının Qubaxəlilli kəndində keçirilib.

AZƏRTAC xəbər verir ki, bu kəndə yaxın bütün ətraf yaşayış məntəqələrinin sakinləri səyyar satışdan yararlanıblar.

Səyyar satışın həyata keçirilməsində əsas məqsəd gübrələrin alışı zamanı vətəndaşların sərf etdikləri zaman, məsafə itkisinin və əlavə məsrəflərin qarşının alınması, həmçinin vətəndaşlara cəmiyyətin əlçatanlığını, yaxınlığını təmin etməkdir. Sakinlər səyyar satış zamanı tələb olunan sənədləri təqdim etməklə 70 faiz güzəştdən yaralanaraq mineral gübrə əldə edirlər.

İsmayıllı rayonunda keçirilən səyyar satışda Qubaxəlilli və ətraf kənd sakinlərinə 45,35 ton ammonium nitrat gübrəsi satılıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.