REGİONLAR


İsmayıllıda keçirilən videokonfransda vətəndaşların müraciətlərinə həssaslıqla yanaşılmanın zəruriliyi diqqətə çatdırılıb

İsmayıllı, 23 sentyabr, AZƏRTAC

İsmayıllı Rayon İcra Hakimiyyəti şəhər, qəsəbə və kənd icra nümayəndələrinin iştirakı ilə videomüşavirə keçirib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, videomüşavirədə rayon icra hakimiyyətinin başçısı Nahid Bağırov Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq yerlərdə vətəndaşlarla sıx əlaqələrin saxlanmasının, sakinlərin müraciətlərinə həssaslıqla yanaşılmasının, qaldırdıqları məsələlərin operativ həllinin və bunlarla bağlı rayon icra hakimiyyətinin vaxtında məlumatlandırılmasının zəruriliyini bildirib. Son vaxtlar ermənilərin törətdiyi təhlükəli təxribatlardan, ölkə başçısının bununla əlaqədar qəti və sərt mövqeyindən danışıb, Azərbaycan Silahlı Qüvvələrinin hər an düşmənə layiqli cavab vermək əzmindən bəhs edib.

Videomüşavirədə, habelə koronavirus pandemiyası təhlükəsi ilə əlaqədar tətbiq olunan karantin rejimi qaydalarının yumşadılmasından irəli gələn məsələlər də müzakirə olunub. Vurğulanıb ki, dünyanı cənginə alan bu təhlükə heç də aradan qalxmayıb. İnfeksiyanın qarşısının alınması istiqamətində tədbirlər davam etdirilməlidir. Bununla bağlı məsul şəxslərin qarşısında duran konkret vəzifələr geniş müzakirə olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.