REGİONLAR


İsmayıllıda leysan yağışları torpaq uçqununa səbəb olub

İsmayıllı, 9 may, AZƏRTAC

Son günlər yağan güclü leysan yağışları İsmayıllı rayonunda böyük ərazidə yenidən torpaq uçqununa səbəb olub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, İsmayıllı-Lahıc-Dəmirçi-Şamaxı avtomobil yolunun keçdiyi Niyaldağ silsiləsində, Lahıc qəsəbəsinin ərazisində növbəti dəfə torpaq uçqunu baş verib. Bu gün səhər saatlarında yaranan sel zamanı hündür dağlardan gələn qalın lil qatı, torpaq, daş və ağac parçaları avtomobil yoluna tökülüb, təxminən 15 metr uzunluqda yolun üst qatı bağlanıb. Nəqliyyat vasitələrinin hərəkəti dayanıb. Yolun təmizlənməsi üçün əraziyə ağır texnika və işçi qüvvəsi cəlb edilib. Hazırda güclü yağış səbəbindən torpaq uçqunu davam edir. Bu səbəbdən yol kənarındakı bir neçə elektrik dirəyi aşıb, naqillər qırılıb, Lahıc qəsəbəsinə və ətrafdakı kəndlərə elektrik enerjisinin verilişi dayanıb. Torpaq uçqunu baş verən əraziyə gələn mütəxəssislər Lahıc və ətrafdakı kəndlərin sakinlərinin İsmayıllı şəhərinə gediş-gəlişi üçün alternativ olaraq Dəmirçi-Şamaxı-Muğanlı-İsmayıllı yolundan istifadə etmələrini tövsiyə edir.

Qeyd edək ki, son bir ayda İsmayıllı rayonuna yağan qar və yağış səbəbindən Lahıc yolunda tez-tez torpaq sürüşmələri baş verib, yol bir neçə dəfə bağlanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.