REGİONLAR


İsmayıllıda meşədə çətənə kolu becərən rayon sakini saxlanılıb VİDEO

İsmayıllı, 7 sentyabr, AZƏRTAC 

İsmayıllı Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotik vasitələrin aqrotexniki qaydada kultivasiyası, satışı ilə məşğul olmaqda şübhəli bilinən rayonun Qalınçaq kənd sakini 26 yaşlı Vüqar Fətəliyev saxlanılıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, həyata keçirilən tədbirlər nəticəsində V.Fətəliyevin Qalınçaq kəndindəki meşəlik ərazidə narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olduğu aşkarlanıb. Polis əməkdaşları tərəfindən həmin əraziyə baxış keçirilən zaman oradan xüsusi aqrotexniki qaydada qulluq edilməklə yetişdirilən 1527 ədəd çətənə kolu, ümumi çəkisi 20 kiloqrama yaxın çətənə bitkisinin hissələri, eləcə də həmin narkotik tərkibli bitkilərdən yığaraq əldə edilən 2 kiloqram 800 qram qurudulmamış və 3 kiloqramdan artıq qurudulmuş marixuana aşkar olunaraq götürülüb.

V.Fətəliyev ifadəsində narkotik tərkibli bitkiləri aprel ayında əkdiyini və xüsusi qulluq göstərərək yetişdirdiyini etiraf edib. Onun məqsədi isə çətənə kollarını qurudandan sonra satmaq olub.

Faktla bağlı istintaq aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.