REGİONLAR


İsmayıllıda min hektarda yazlıq kartof əkini gözlənilir

İsmayıllı, 19 mart, AZƏRTAC

İsmayıllı rayonunda yazlıq kartof əkininə başlanılıb və qısa vaxtda 300 hektardan çox sahədə əkin aparılıb.

Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, cari mövsümdə 1000 hektar sahədə kartof əkiləcəyi gözlənilir. Hazırda əkin cənub ərazilərdə, o cümlədən Diyallı, Kürdmaşı, Qalagah, Qubaxəlilli, Gəraybəyli, Kəlbənd ərazi dairələrində aparılır.

Artıq rayonun şimal zonasında da kartof əkininə hazırlıq işləri tam başa çatdırılıb. Belə ki, şum çıxarılıb, sahələrə üzvi gübrə verilib, kifayət qədər toxum tədarük olunub.

Qeyd edək ki, kartofçuluq bölgədə ənənəvi təsərrüfat sahəsidir. Ötən il 935 hektar kartof sahəsinin hər hektarından 148,1 sentner olmaqla 13 min 850 ton məhsul istehsal olunub. Bu da əvvəlki ilə müqayisədə 3 min 435 ton və ya 33 faiz çoxdur. İntensiv texnologiya ilə əkilən və becərilən 220 hektar sahənin hər hektarından daha yüksək - 40 tondan çox kartof götürülüb. Cari mövsümdə də bu texnologiyaya üstünlük verilir. Belə ki, indiyədək əkin aparılan sahələrin 100 hektardan çoxu intensiv texnologiya ilə əkilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.