CƏMİYYƏT
İsmayıllıda narkotik bitkilər becərən rayon sakini saxlanılıb
Bakı, 16 avqust, AZƏRTAC
İsmayıllı Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik tərkibli bitkilərin əkini ilə məşğul olmaqda şübhəli bilinən Vəng kənd sakini, 27 yaşlı İsmayıl Məmmədov saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-a bildiriblər ki, davam etdirilən tədbirlərlə rayonun Ruşan kəndindəki meşəlik ərazidə İ.Məmmədov tərəfindən aqrotexniki qaydada qulluq edilməklə yetişdirilən 6 kiloqrama yaxın 13 çətənə bitkisi aşkar edilib.
Faktla bağlı İsmayıllı Rayon Polis Şöbəsində araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]