REGİONLAR


İsmayıllıda narkotik tərkibli bitkilər yetişdirən şəxs tutulub

İsmayıllı, 10 iyul, AZƏRTAC

İsmayıllı rayonunun Göytəpə kəndində yaşayan 1973-cü il təvəllüdlü Mirzəliyev Rahil Fazil oğlu narkotik tərkibli bitkilər yetişdirdiyi üçün polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində tutulub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, onun həmin bitkiləri yetişdirdiyi yerdə - Əyriçay çayının kənarındakı meşəlik ərazidə ümumi çəkisi 20 kiloqram 810 qram olan 30 çətənə bitkisi və 325 qram qurudulmamış marixuana aşkarlanaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.

R.Mirzəliyev eyni əməlinə görə əvvəllər də məhkumluq həyatı yaşayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.