REGİONLAR


İsmayıllıda narkotik vasitələrin satışı ilə məşğul olan şəxslər saxlanılıb

İsmayıllı, 14 oktyabr, AZƏRTAC

İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, keçirilən əməliyyat zamanı əvvəllər də dəfələrlə analoji cinayət əməli ilə məşğul olduğu üçün məhkum edilmiş Mican kənd sakini Xəyyam Əhmədov tutulub. Şəxsi axtarış zamanı ondan satış məqsədilə üzərində gəzdirdiyi 47 büküm heroin aşkarlanıb.

Polis şöbəsi əməkdaşlarının keçirdikləri digər bir əməliyyat zamanı isə rayon sakini Əli Osmanov saxlanılıb. Həmin şəxsin üzərinə baxış keçirilən zaman sellofan bükümdə heroin aşkarlanaraq maddi sübut kimi götürülüb.

Faktlarla bağlı İsmayıllı Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, istintaq aparılır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.