CƏMİYYƏT


İsmayıllıda narkotikin təsiri altında avtomobil idarə edən sürücü saxlanılıb

Bakı, 17 yanvar, AZƏRTAC

İsmayıllı Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən şəhər sakini Elçin Mirzəcanlının idarə etdiyi “VAZ-21015” markalı avtomobil nəzarət qaydasında saxlanılıb.

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-a bildirilib ki, sürücünün hərəkətləri şübhə doğurduğundan tibbi müayinədən keçirilib və müayinənin də nəticəsinə əsasən onun narkotik vasitə olan marixuana qəbul etdiyi məlum olub.

Narkotik vasitənin təsiri altında nəqliyyat vasitəsi idarə edən E.Mirzəcanlı barəsində qanunvericiliyə uyğun tədbir görülüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.