REGİONLAR
İsmayıllıda onlayn dərslər təşkil olunub
İsmayıllı, 31 mart, AZƏRTAC
Koronavirus (COVID-19) təhlükəsi ilə əlaqədar ümumtəhsil müəssisələrində dərslər dayandırıldıqdan sonra İsmayıllı məktəblərində də tədris onlayn davam etdirilir və müəllimlər şagirdlərin dərslərdən geri qalmamaları üçün əllərindən gələni əsirgəmirlər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayonun əksər yaşayış məntəqələrində sürətli internetin olması müəllim və şagirdlərə evdə qalmaqla təhsilin davam etdirilməsinə imkan verir. Hazırda rayonda fəaliyyət göstərən müəllimlər “Evdə qal, dərsdən qalma” şüarı altında birləşərək görüntülü dərslər təşkil edir, eyni vaxtda, tədris proqramına uyğun dərslər keçirlər. Görüntülü dərslərdə şagirdlərə tapşırıqlar verilir, onlar mövzular üzrə istiqamətləndirilirlər.
Qeyd edək ki, “Evdə qal, dərsdən qalma” aksiyasına iri yaşayış məntəqələri ilə yanaşı, ucqar dağ kəndlərinin məktəbləri də qoşulub. Müəllimlər “Zoom” proqram ilə siniflər üzrə bütün şagirdləri eyni vaxtda dərslərə cəlb edirlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [15:52]
Naxçıvandan Türkiyəyə ilk dəfə taxıl məhsulları ixrac olunub
- 24.04.2024 [15:31]
Xaçmazdakı aqroparklarda süd məhsuldarlığında rekord nəticə qeydə alınıb
- 24.04.2024 [15:01]
Naxçıvanda “BOOKFEST” kitab sərgisi keçiriləcək
- 24.04.2024 [13:52]
Gələn aydan Şuşada elektrik avtobuslar istifadəyə veriləcək
- 24.04.2024 [12:53]
Naxçıvanda ticarət obyektlərində saxta alkoqollu içkilər aşkarlanıb
- 23.04.2024 [17:45]