REGİONLAR


İsmayıllıda payızlıq taxıl əkini sahələrinə yaz qayğıları göstərilir

İsmayıllı, 23 mart, AZƏRTAC 

İsmayıllı rayonunda payızlıq taxıl əkini sahələrinə yaz qayğıları göstərilir. Fermerlərin istər gübrə, istərsə də pestisid təminatında heç bir çətinlikləri yoxdur.

Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, gübrə və pestisidlərə olan tələbat rayonda fəaliyyət göstərən satıcı şirkətlər tərəfindən ödənilir. Fermerlər gübrə və pestisidləri “Fermer kartı” vasitəsilə alırlar.

Qeyd edək ki, ötən payızda cari ilin məhsulu üçün əkilən 30 min 165 hektar sahədən yüksək məhsul götürülməsi üçün hazırda bütün ərazi dairələrində sahələrə yemləmə gübrəsi verilir, alaq otlarına və yabanı bitkilərə qarşı mübarizə tədbirləri aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.