REGİONLAR
İsmayıllıda peşə məktəbinin könüllüləri tibbi maska tikərək, ehtiyacı olan sakinlərə pulsuz paylayırlar
İsmayıllı, 2 aprel, AZƏRTAC
İsmayıllı Rayon İcra Hakimiyyətinin təşəbbüsü və Peşə Tədris Mərkəzinin təşkilatçılığı ilə mərkəzin könüllüləri əhalinin ehtiyacını nəzərə alaraq pulsuz tibbi maskaların hazırlanmasına başlayıblar.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, gün ərzində 250 tibbi maska tikilir və Gənclərin İnkişaf və Karyera Mərkəzinin könüllüləri tərəfindən ehtiyacı olan insanlara pulsuz paylanılır.
Peşə Tədris Mərkəzinin koronavirusla mübarizəyə dəstək verməsi, sosial həmrəylik nümayiş etdirməsi Prezident İlham Əliyevin “Biz bir yerdə güclüyük” çağırışına cavab olmaqla, vətəndaşlarımızın həmrəyliyinin, milli birliyinin bariz nümunəsidir.
Qeyd edək ki, əhalinin ehtiyacı nəzərə alınaraq rayonda tibbi spirt istehsalına da başlanılıb. Bu məhsul qablaşdırılaraq pulsuz olaraq əhaliyə paylanılır.