REGİONLAR


İsmayıllıda poliatlon çoxnövçülüyü üzrə  Respublika çempionatının zona birinciliyi keçirilib

Bakı, 20 oktyabr, AZƏRTAC

İsmayıllı şəhər 3 nömrəli məktəb-liseydə “Vətənin müdafiəsinə hazıram” poliatlon çoxnövçülüyü üzrə Respublika çempionatının zona birinciliyi keçirilib.

AZƏRTAC xəbər verir ki, rayon Gənclər və İdman İdarəsinin rəisi Taleh Salehov tədbiri açaraq, bu cür yarışların keçirilməsinin yeniyetmə və gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunmasında, vətənpərvərlik hisslərinin aşılanmasında və gənclərin hərbi xidmətə hazırlıq səviyyəsinin yüksəldilməsində mühüm əhəmiyyət kəsb etdiyini bildirib.

Gənclər və İdman Nazirliyinin nümayəndəsi Yaşar Rəsulov və İsmayıllı Rayon İcra Hakimiyyətinin əməkdaşı Bəhruz Xələfov komandalara uğurlar arzulayıblar.

Poliatlon dördnövçülük proqramına uyğun olaraq yarış 100 metr qaçış, 2000 metr kross, qumbara atmaq və turnikdə dartınma növləri üzrə keçirilib. Yarışda Ağsu, Ağdaş, Qax, Şəki, Oğuz, Qəbələ, Şamaxı və İsmayıllı komandaları iştirak ediblər. İsmayıllı komandası I yerə, Qax komandası II yerə, Oğuz komandası isə III yerə layiq görülüb. Qalib komandalar Xaçmaz şəhərində keçiriləcək final mərhələsinə vəsiqə qazanıblar.

Sonda qalib komandalara Gənclər və İdman Nazirliyinin diplomları verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.