CƏMİYYƏT


İsmayıllıda qanunsuz ov edən şəxslər saxlanılıb

Bakı, 9 fevral, AZƏRTAC

Şəhər, rayon polis orqanları qanunsuz ovun, mülki silahın daşınması qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə tədbirlər mütəmadi olaraq tədbirlər, reydlər keçirir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-a bildiriblər ki, İsmayıllı Rayon Polis Şöbəsi əməkdaşlarının bu istiqamətdə keçirdikləri tədbirlər nəticəsində qanunsuz ov edən iki nəfər - rayonun Kürdmaşı kənd sakinləri Qurban Hüseynov və Tofiq Xəlilov saxlanılıb.

Onlardan müvafiq icra hakimiyyətindən xüsusi icazələri olmadan saxladıqları “TOZ 63” markalı iki ov tüfəngi də götürülüb. Saxlanılan şəxslərin barələrində İnzibati Xətalar Məcəlləsinin 272.3-cü (Ov qaydalarının kobud şəkildə pozulması) maddəsi ilə inzibati protokol tərtib olunaraq, baxılması üçün İsmayıllı Rayon Məhkəməsinə göndərilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.