REGİONLAR


İsmayıllıda qol güləşi üzrə rayon birinciliyi keçirilib

İsmayıllı, 27 noyabr, AZƏRTAC

İsmayıllıda rayon Gənclər və İdman İdarəsinin, Mədəniyyət işçiləri həmkarlar ittifaqı rayon komitəsinin və Azərbaycan Qol Güləşi Federasiyasının İsmayıllı nümayəndəliyinin birgə təşkilatçılığı ilə 12 dekabr - ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunan Qol güləşi üzrə rayon birinciliyi keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir İsmayıllıdakı Heydər Əliyev adına parkda təşkil olunub. Yarışlar başlamazdan öncə çıxışlarda görkəmli dövlət və siyasi xadim Ümummilli Lider Heydər Əliyevin Azərbaycan idmanının inkişafındakı xidmətlərindən söz açılıb.

Sonra yarışlara start verilib. Altmışa yaxın iştirakçının yer aldığı rayon birinciliyində yüksək nəticə əldə edənlərə təşkilatçılar tərəfindən diplom və medallar verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.