CƏMİYYƏT


İsmayıllıda region gəncləri üçün qış düşərgəsi təşkil olunub

Bakı, 11 fevral, AZƏRTAC

“Beyləqan Gənclərinin Maarifləndirilməsi və Sosial İnkişafı” İctimai Birliyi Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi ilə region gəncləri üçün qış düşərgəsi təşkil edib.

AZƏRTAC xəbər verir ki, İsmayıllı Olimpiya İdman Kompleksində keçirilən düşərgənin məqsədi cəbhəyanı bölgələrdə, ucqar məcburi köçkün qəsəbələrində və kəndlərdə yaşayan yeniyetmə və gəncləri əhatə edərək, onların şəxsi inkişafına, sosiallaşmasına stimul vermək, həyata fərqli baxış və liderlik bacarıqlarını inkişaf etdirmək, ictimai fəallığının və təhsilə marağının artmasının təşviq olunmasıdır.

Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndindən, Füzuli, Beyləqan və İsmayıllı rayonlarından seçilmiş düşərgə iştirakçıları müxtəlif maarifləndirici sessiyalarda bölgənin tarixi və maddi-mədəniyyət abidələri, fərdi inkişaf, kommunikasiya və ünsiyyət, gənclərin ictimai fəallığının yüksəldilməsi mövzularında müzakirə aparılıb, gənclər üçün yaradılan imkanlar haqqında məlumat verilib.

Layihənin eksperti, Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşı, tarix üzrə fəlsəfə doktoru, dosent Müzəffər Hüseynov gənclərə həmin mövzularda ətraflı məlumat verib.

Gənclər təlim sessiyalarında iştirakla yanaşı, İsmayıllı rayonunda Heydər Əliyev Mərkəzinə, tarix-diyarşünaslıq muzeyinə ekskursiya edib, intellektual-əyləncəli müsabiqələr, idman yarışlarında məharətlərini sınayıb, İvanovka kəndinə və Şahdağ milli parkına ekoturlara qatılıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.