CƏMİYYƏT


İsmayıllıda şəhid Cəlal Rüstəmovun xatirəsinə tikilmiş bulaq-abidə kompleksinin açılışı olmuşdur

İsmayıllı, 14 sentyabr (AZƏRTAC). İsmayıllı şəhərindəki Rəşid Mahmudov küçəsində şəhid Cəlal Rüstəmovun xatirəsinə tikilmiş bulaq-abidə kompleksinin açılışı olmuşdur.

AZƏRTAC xəbər verir ki, mərasimdə rayonun rəhbərliyi, ziyalılar, gənclər, C.Rüstəmovun məzunu olduğu şəhər 3 saylı tam orta məktəbin müəllim və şagirdləri, şəhidin sinif yoldaşları iştirak etmişlər.

Rayon icra hakimiyyətinin başçısı Mirdamət Sadıqov, Milli Məclisin deputatı Novruzəli Aslanov, icra hakimiyyəti başçısının müavini Sevil Əhmədova, müəllimlərdən Fərman Bəşirov, Rəna Mirzəliyeva və başqaları çıxış edərək ermənilərin azərbaycanlılara qarşı törətdikləri terror aksiyalarından, hərbi təcavüzünün acı nəticələrindən, Cəlal Rüstəmov kimi vətən övladlarının igidliklərindən danışmış, şəhidlik zirvəsinə ucalan qəhrəman Vətən oğullarının xatirəsinin qəlblərdə əbədi yaşayacağını vurğulamışlar.

Şəhid Cəlal Rüstəmovun anası Sürəyya Rüstəmova çıxış edərək oğlunun xatirəsinə göstərilən ehtirama görə, minnətdarlığını bildirmişdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.