REGİONLAR


İsmayıllıda şəhid Tural Rəcəbalıyevin xatirəsi anılıb

İsmayıllı, 7 oktyabr, AZƏRTAC

İsmayıllı rayonunun Qalınçaq kəndindən olan Vətən müharibəsi şəhidi Tural Rəcəbalıyevin xatirəsi anılıb. Turalın doğum günündə ailə üzvləri, rayon rəhbərliyi, şəhid ailələri və ictimaiyyət nümayəndələri onun məzarı üzərinə güllər düzüb, ruhuna dualar oxuyublar.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayon icra hakimiyyətinin başçısı Nahid Bağırov Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 gündə işğalçı erməni silahlı qüvvələri üzərində qazanılan tarixi Qələbədən danışıb, bu Qələbədə Tural və onun kimi şəhidlərimizin döyüşlərdə göstərdikləri qəhrəmanlıqlardan bəhs edib.

Mərasimdə çıxış edən şəhidin yaxınları Turalla bağlı xatirələrini bölüşüblər.

Qalınçaq kənd tam orta məktəbin şagirdləri Vətənə, şəhidlərmizə həsr olunan şeirlər söyləyiblər.

Sonra tədbir iştirakçıları Turalın yaşadığı evdə xatirəsinə yaradılmış guşə ilə tanış olublar.

Qeyd edək ki, Tural Rəcəbalıyev 1990-cı il oktyabrında İsmayıllı rayonunun Qalınçaq kəndində anadan olub. 2020-ci ilin sentyabrın 27-də başlayan Vətən müharibəsinə könüllü olaraq cəbhəyə gedib. Füzuli, Xocavənd və Şuşa istiqamətlərində gedən döyüşlərdə igidliklə vuruşub. Noyabr ayında xidməti tapşırığı yerinə yetirərkən şəhid olub və Qalınçaq kənd qəbiristanlığında dəfn edilib. Ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.