REGİONLAR


İsmayıllıda şəhid ailələri ziyarət olunub VİDEO

İsmayıllı, 8 mart, AZƏRTAC

İsmayıllı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə idarə və təşkilatların, gənclərin və ictimaiyyətin nümayəndələri ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən hərbi qulluqçuların ailələrini ziyarət ediblər.

AZƏRTAC xəbər verir ki, ziyarət zamanı xatirəsi hər birimiz üçün əziz olan şəhidlərimizin hünəri bir daha yad edilib, onların torpaqlarımızın azadlığı üçün fədakarlıqları xatırlanıb, tariximizdə əbədi qalacaqları qeyd olunub.

Ziyarətçilər 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə şəhidlərin qadın ailə üzvlərinə hədiyyələr verib, xanımların problemləri ilə maraqlanıblar.

Şəhidlərimizin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə görə təşəkkürlərini bildiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.