REGİONLAR


İsmayıllıda şəhid və qazi ailələri ziyarət olunub

İsmayıllı, 18 fevral, AZƏRTAC

İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov və Milli Məclisin deputatı Novruzəli Aslanov Balik kəndində şəhid Xəyyam Daşdəmirovun ailəsini ziyarət ediblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ziyarətə gələnlər şəhidin ailəsinin qayğıları ilə maraqlanıblar. Ölkəmizdə şəhid ailələrinə göstərilən dövlət dəstəyindən, diqqət və qayğıdan danışıblar.

Xəyyam Daşdəmirov 2020-ci il iyulun 12-də Ermənistan ordusu tərəfindən Tovuz rayonu istiqamətində törədilən təxribatın qarşısı alınarkən qəhrəmancasına şəhid olub. İndi şəhid əsgər doğulub boya-başa çatdığı Balik kəndinin məzarlığında uyuyur. Fevralın 22-də Xəyyam Daşdəmirovun doğum günüdür.

İcra başçısı və Milli Məclisin deputatı daha sonra Balik, Vəng və Kürdmaşı kəndlərində Vətən müharibəsinin qazilərini evlərində ziyarət ediblər. Qazilər keçirdikləri şərəfli döyüş yolundan danışıb, döyüşlərdə onlara ruh yüksəkliyi verən, birlik nümunəsi və dəstək göstərən mətin Azərbaycan xalqı ilə fəxr etdiklərini söyləyiblər. Görüşdə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qısa vaxtda - qırx dörd gündə qazanılan qələbənin tarixi əhəmiyyəti vurğulanıb. Bu gün ölkəmizdə şəhid ailələrinə, qazilərə, veteranlara göstərilən dövlət qayğısından danışılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.