REGİONLAR


İsmayıllıda sel sularının qarşısının alınması istiqamətində qabaqlayıcı tədbirlər görülür VİDEO

İsmayıllı, 11 iyun, AZƏRTAC

İsmayıllı rayonunda sel sularının qarşısının alınması istiqamətində qabaqlayıcı tədbirlər görülür. İşlər Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin verdiyi tapşırıqlara, habelə cari il üçün nəzərdə tutulan iş planına uyğun olaraq həyata keçirilir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayon ərazisindən keçən Talıstan çayının məcrası genişləndirilir, sahilbərkitmə işləri aparılır. Əraziyə 4 ədəd texnika cəlb olunub. Artıq təhlükəli hesab olunan 2000 metr ərazidə qazma işləri aparılıb, çay məcrasının eni 30-45 metrə çatdırılıb. İlkin mərhələdə Talıstan çayının 21 kilometrlik hissəsinin genişləndirilməsi nəzərdə tutulur. Bu il sel sularının qarşısının alınması üçün çayda dəmir karkas üzərində bənd vurulub.

Lahıc qəsəbəsinin daşqınlardan mühafizəsi məqsədilə Girdimançay və Gülyançayda da məcratəmizləmə işlərinə başlanılıb. Habelə, yaşayış və əkin sahələrinin daşqın və sel sularından qorunması üçün Kəlbənd kəndi ərazisindən keçən Quru çayda da əsaslı sahilbərkitmə işlərinin görülməsi və uzunluğu 29 kilometr olan Göyçay-İsmayıllı magistral beton kanalın lildən təmizlənməsi nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.