REGİONLAR


İsmayıllıda son bir həftədə karantin rejimini pozan 20 nəfərdən çox vətəndaş cərimə olunub

İsmayıllı, 24 noyabr, AZƏRTAC

İsmayıllıda koronavirus pandemiyası təhlükəsi ilə əlaqədar noyabrın 7-dən tətbiq olunan sərt karantin rejimi qaydalarına əməl olunması ilə bağlı reydlər davam edir.

Rayon icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, son bir həftə ərzində şəhərin küçə və parklarında, ticarət obyektlərində, əhalinin sıx toplaşdığı poçt və bankomatların qarşısına və digər yerlərə 800-dən çox reyd və baxış keçirilib. Reydlər mobil qruplar tərəfindən keçirilib ki, bu qruplar rayon icra hakimiyyətinin, polis şöbəsinin, vergi idarəsinin, Qida Təhlükəsizliyi Agentliyinin yerli bölmələrinin əməkdaşları, rayon ziyalıları və könüllülərdən ibarət təşkil olunub. Reydlər zamanı 200 nəfərdən çox sahibkara və 1000 nəfərdən çox vətəndaşa xəbərdarlıq olunub. 20 nəfərdən çox vətəndaş barəsində protokol tərtib edilərək hər biri 100 manat cərimə edilib.

Qeyd edək ki, son vaxtlar koronavirus infeksiyasına yoluxma sayının çoxalması səbəbindən Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə karantin müddəti dekabrın 2-dək uzadılıb. Reyd zamanı vətəndaşlar, habelə sahibkarlar sərt karantin rejimi qaydalarına əməl olunmasının zəruriliyi ilə ətraflı məlumatlandırılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.