REGİONLAR
İsmayıllıda sürüşmə zonasından bir ailə köçürülüb VİDEO
İsmayıllı, 25 oktyabr, AZƏRTAC
Aramsız yağan yağışlar nəticəsində İsmayıllı rayonunun Sədiyan kəndində baş verən torpaq sürüşməsinin yaratdığı təhlükəli vəziyyət davam edir.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, kəndin şimal hissəsindən mərkəzinə doğru dərinliyi 1,5 metr, eni isə 3 metr olmaqla, 150 metr uzunluğunda yaranan yarğan aktiv olaraq qalır. Təhlükəli vəziyyətlə əlaqədar kənd sakini, 1972-ci il təvəllüdlü Əliyev Ağalı Nadir oğluna məxsus təsərrüfat tikilisi dağılıb, yaşayış evi yararsız vəziyyətə düşüb.
Yaranan təhlükə ilə əlaqədar A.Əliyevin ailəsi başqa yerə köçürülüb. Kənddə daha üç ailəyə xəbərdarlıq edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 25.04.2024 [19:31]
Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri kollektivə təqdim edilib
- 25.04.2024 [18:49]
Ali Məclisin yaz sessiyasının növbəti plenar iclası keçirilib
- 24.04.2024 [15:52]