REGİONLAR


İsmayıllıda torpaq mülkiyyətçiləri kartof əkininə hazırlıq işlərini başa çatdırıblar

İsmayıllı, 29 yanvar, AZƏRTAC

İsmayıllıda bu ilin məhsulu üçün 950 hektaradək sahədə kartof əkiləcəyi gözlənilir və artıq hər yerdə əkinə hazırlıq işləri başa çatdırılıb.

Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, kartof əkiləcək bütün ərazilərdə dondurma şumu çıxarılıb, şum altına üzvi və mineral gübrələr verilib. Əkin üçün tələbata uyğun toxum tədarük olunub. Havalar əlverişli keçərsə, fevralın birinci ongünlüyündə bölgənin cənub ərazilərində əkinə başlanılacaq.

Rayonun Diyallı kənd və İsmayıllı şəhər icra nümayəndəliklərinin ərazilərində cari mövsümdə 300 hektar sahədə əkin sənaye üsulu ilə aparılacaq ki, bu da məhsuldarlığı iki dəfə artırmağa imkan verir.

Qeyd edək ki, kartofçuluq rayonda əhalinin məşğul olduğu ənənəvi təsərrüfat sahəsidir. Ailə büdcəsinə heç də az gəlir gətirməyən kartofçuluğa maraq ildən-ilə artır. Təkcə ötən il bölgədə 14 min 611 ton kartof istehsal olunub ki, bu da inişilki göstəricidən 129 ton çoxdur.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.