REGİONLAR


İsmayıllıda üzüm yığımına başlanılıb

İsmayıllı, 1avqust, AZƏRTAC

İsmayıllı rayonunda üzüm yığımına start verilib.

Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, məhsul yığımı hazırda Kürdmaşı və Aşıqbayramlı inzibati ərazi dairələrində “Aspiland” MMC-yə məxsus bağlarda aparılır. İlkin olaraq daha tez yetişən “Prima” və “Kardinal” süfrə sortlu üzüm yığılır. Məhsul yığımı üçün hər gün sahələrə 40 nəfərdən çox işçi qüvvəsi çıxır. Toplanan üzüm birbaşa yerli bazarlara çıxarılır.

Qeyd edək ki, üzümçülük İsmayıllıda kənd təsərrüfatının aparıcı sahələrindəndir. Son illər bölgədə bu gəlirli, həm də ənənəvi sahənin inkişafı üçün ardıcıl iş aparılır. Hazırda plantasiyaların sahəsi 1161 hektara çatdırılıb ki, bunun da 1021,9 hektarı bar verəndir. Ötən il 4391,1 ton məhsul istehsal olunan rayonda cari ildə 5000 ton üzüm yığılacağı gözlənilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.