REGİONLAR
İsmayıllıda yanğın olub
İsmayıllı, 22 noyabr, AZƏRTAC
İsmayıllı yanğın hadisəsi baş verib.
AZƏRTAC-ın bölgə müxbiri bildirir ki, hadisə bu gün səhər saat 7 radələrində şəhərin kərpiczavod adlanan ərazisindəki sahibkar Ramal Səfərova məxsus taxta emalı sexində və sexə bitişik heyvandarlıq fermasındakı bağlı ot tayasında baş verib.
Hadisə yerinə FHN İsmayıllı rayon Yanğından Mühafizə Hissəsinin 3 yanğınsöndürən maşını və 30 nəfər canlı qüvvəsi gəlib. Aparılan 5 saatlıq mübarizə yanğının ətrafa yayılmasının qarşısını alıb. Lakin taxta və otun qapalı yerlərdə olması yanğınsöndürənlərin işini son dərəcə çətinləşdirib. Nəticədə, günorta saatlarınadək yanğını tamamilə söndürmək mümkün olmayıb. 22 kub taxtanın 2 kubu, habelə 30 ton bağlı otun 5 tonu tamamilə yanıb.
Yanğının söndürülməsi işləri davam edir.