REGİONLAR
İsmayıllıda yeni istixanalar yaradılır


İsmayıllı, 2 mart, AZƏRTAC
İsmayıllı rayonunda sahibkarlar tərəfindən ayrı-ayrı yaşayış məntəqələrində 12 yeni istixana yaradılır.
AZƏRTAC xəbər verir ki, aqrar sahədə sahibkarlığın inkişaf etdirilməsi məqsədilə Avropa İttifaqının dəstəyi çərçivəsində “Fermerlərin imkanlarının yerli innovasiyalar vasİtəsilə zənginləşdirilməsi” layihəsinə əsasən 2014-cü ilin yaz aylarında rayonun 3 yaşayış məntəqəsində - Topçu, Qurbanəfəndi və Sumağallı kəndlərində istixanalar yaradılıb. Bu istixanalarda yetişdirilən tərəvəz məhsulları nəinki İsmayıllı, Bakı şəhərinin və ətraf rayonların bazarlarına da çıxarılır.
Hazırda isə 2-si İsmayıllı şəhərində, 8-i Topçu kəndində, digər 2-si isə Sumağallı və Kəlbənd kəndlərində olmaqla, 12 yeni istixana qurulur. Sahibkarlar yaxın vaxtlarda işləri başa çatdıraraq, tərəvəz əkininə, əsasən də pomidor və xiyar yetişdirilməsinə başlayacaqlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]
Bu il Balakənin fındıq bağlarından 6 min tondan çox məhsul gözlənilir
Xəzər dənizində zəlzələ olub
- [22:08]
“Təhsil və zaman” – yeni nəşr
- [17:51]
“Zəfər liqası 2023” sona çatıb
- [17:21]