REGİONLAR
İsmayıllıda yüksək bal toplayan abituriyentlərlə görüş keçirilib
İsmayıllı, 11 sentyabr, AZƏRTAC
İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov 600-dən yüksək bal toplayan 21 nəfər məzun və 1 nəfər Avropa Coğrafiya Olimpiadasının iştirakçısı ilə görüşüb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, icra hakimiyyətinin başçısı pandemiya təhlükəsi ilə əlaqədar tətbiq olunan karantin rejiminin qaydalarına uyğun açıq səma altında keçirilən görüşdə uğur qazanan gəncləri, müəllimləri və valideynləri təbrik edib, onlara təhsildə uğurlar, doğma vətənimizin daha da qüdrətlənməsi yolunda nailiyyətlər arzulayıb. Ulu öndər Heydər Əliyevin “Təhsil millətin gələcəyidir” kəlamını diqqətə çatdıran natiq bu gün Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət və qayğısı nəticəsində Azərbaycanda təhsilin uğurla inkişaf etdiyini söyləyib.
Çıxış edən gənclər onlara yaradılan şəraitə, göstərilən diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıqlarını bildiriblər.
Sonda yüksək bal toplayaraq tələbə adını qazanan abituriyentlərə rayon icra hakimiyyətinin hədiyyələri və diplomlar verilib.