CƏMİYYƏT


İsmayıllıda zəlzələ olub

Bakı, 28 oktyabr, AZƏRTAC

Oktyabrın 28-də Pirqulu seysmoloji stansiyasından 17 kilometr cənub-qərbdə - İsmayıllı rayonunda zəlzələ baş verib.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən AZƏRTAC-a bildirilib ki, yeraltı təkanlar yerli vaxtla saat 08:00-da qeydə alınıb.

Ocağı 13 kilometr dərinlikdə yerləşən zəlzələnin maqnitudası 3-ə bərabər olub. Yeraltı təkanlar hiss olunmayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.