REGİONLAR


İsmayıllıdakı “Tinglik” adlanan ərazidə tapılan at və uzunqulaq tullantıları sakinləri narahat edir VİDEO

İsmayıllı, 27 noyabr, AZƏRTAC

İsmayıllı rayonunda “Tinglik” adlanan ərazidə tapılan at və uzunqulaq ayaqları, eləcə də həmin heyvanlara aid digər tullantılarla bağlı yayılan söz-söhbət aidiyyəti qurumların da diqqətini cəlb edib. Axı, bəziləri rayonda at və uzunqulaq ətinin mal əti adı ilə satıldığını iddia edirlər və bu adamların tezliklə aşkar edilməsini, məsuliyyətə cəlb olunmasını istəyirlər.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov AZƏRTAC-ın bölgə müxbirinə deyib: “İsmayıllı Rayon Polis Şöbəsinin və Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşlarının rayon ərazisində qanunsuz ət kəsiminə qarşı birgə keçirdikləri tədbirlər nəticəsində son aylarda üç fakt aşkarlanıb. Həmin əməli törədən şəxslər məsuliyyətə cəlb olunublar. Hazırda Polis Şöbəsinin təhqiqat və istintaq bölməsində müvafiq araşdırmalar davam etdirilir”.

AQTA-nın şöbə müdiri Mansur Piriyev də məsələnin agentlik tərəfindən nəzarətə götürüldüyünü bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.