REGİONLAR


İsmayıllının 34 yaşayış məntəqəsində tibbi müayinə başa çatıb

İsmayıllı, 13 mart, AZƏRTAC 

İsmayıllı rayonunda əhalinin kütləvi pulsuz tibbi müayinəsi davam edir və artıq 16 min 145 nəfər bu humanist aksiyadan yararlanıb.

Rayon icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, bölgədə 62 min 722 nəfər tibbi müayinədən keçməlidir. Artıq rayon üzrə 34 yaşayış məntəqəsində, 62 təşkilat və kollektivdə bu humanist aksiya başa çatıb. Tibbi müayinədən keçənlərin 452 nəfəri ambulator, 104 nəfəri stasionar müalicəyə cəlb edilib, 14 nəfərin üzərində cərrahiyyə əməliyyatı aparılıb. 29 nəfər isə ixtisaslaşdırılmış tibb müəssisələrinə göndərilib.

Prezident İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən və əhali tərəfindən böyük razılıqla qarşılanan kütləvi tibbi müayinə kampaniyası rayonda uğurla davam etdirilir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.