REGİONLAR
İsmayıllının Bizlan kəndinə təbii qaz verilib
İsmayıllı, 5 dekabr, AZƏRTAC
İsmayıllı rayonunun Bizlan kəndinə “mavi yanacaq” verilib.
AZƏRTAC-ın bölgə müxbiri bildirir ki, bu məqsədlə təbii qazın verilməsi mərasimi keçirilib.
Mərasimdə çıxış edənlər təbii qazın verilməsi ilə əlaqədar təbriklərini çatdırıblar. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin uğurlu daxili və xarici siyasəti nəticəsində ölkəmizin həm güclü orduya, həm də güclü iqtisadiyyata malik olduğu diqqətə çatdırılıb. Təsadüfi deyil ki, Silahlı Qüvvələrimiz qısa müddətdə - cəmi 44 gün ərzində Ermənistan ordusuna qalib gələrək torpaqlarımızı işğaldan azad edib.
Müharibə şəraitində də Azərbaycanda bütün sosial layihələrin uğurla yerinə yetirildiyini diqqətə çatdıran çıxışçılar kəndə təbii qazın verilməsinin “Azərbaycan Respublikası Regionların 2019-2023-cü illər sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasına əsasən baş tutduğunu bildiriblər.
Qeyd edək ki, Bizlan kəndində 562 sakin yaşayır. Kəndin qazlaşdırılmasına cari ilin may ayında başlanılıb. Burada, ümumilikdə 900 metr daşıyıcı, 8600 metr paylayıcı xətlər çəkilib, 107 abonentin evinə qaz sayğacı quraşdırılıb. Keçirilən tədbir karantin qaydalarına uyğun təşkil olunub.