REGİONLAR
İsmayıllının cənub ərazilərində taxıl biçininə başlanıb
İsmayıllı, 16 iyun, AZƏRTAC
İsmayıllı rayonunda taxıl biçini kampaniyasına start verilib. Hələ ki, biçin cənub ərazilərində, o cümlədən Qubaxəlilli və Kəlbənd ərazi dairələrində aparılır.
Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumatda bildirilib ki, fermerlər və fiziki şəxslər tərəfindən cari mövsümdə 30 min 672 hektar sahədə taxıl yetişdirilib. Onun 22 min 405 hektarı buğda, 8267 hektarı isə arpa sahəsidir. İki ərazi dairəsində bir neçə gündə 545 hektar sahənin məhsulu biçilib. Hər hektardan orta hesabla 31,6 sentner məhsul götürülüb. Biçinə hələlik 5 kombayn cəlb olunub. Daha 40 kombayn isə hazır vəziyyətdədir.
Qeyd edək ki, taxılçılıq rayonda kənd təsərrüfatının aparıcı sahələrindəndir. Ötən il 106 min 417,2 ton taxıl istehsal olunub. Cari mövsümdə isə 107 min tondan çox məhsul yığılması gözlənilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]