REGİONLAR
İsmayıllının üzüm bağlarında becərmə işləri davam etdirilir
İsmayıllı, 22 iyun, AZƏRTAC
Üzümçülük İsmayıllı rayonunda aqrar sektorun aparıcı sahələrindəndir və hazırda plantasiyalarda becərmə işləri aparılır.
Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, bu günlərdə cərgəaralarına kultivasiya çəkilir, kətmələnmə və yaşıl budama işləri görülür. Habelə, xəstəlik və zərərvericilərə qarşı mübarizə tədbirləri həyata keçirilir. Becərmə işlərinə 20-dək texnika və 500 nəfərədək işçi qüvvəsi cəlb olunub.
Qeyd edək ki, son illər rayonda plantasiyaların sahəsi artırılır. Hazırda 1123,1 hektar üzüm bağı vardır ki, bunun 1021,9 hektarı bar verəndir. Cari ilin yazında 35 hektarda yeni bağ salınıb. Yeni salınan bağlar süfrə sortudur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]