CƏMİYYƏT


İspan həkimləri əhalinin D vitamini ilə təmin edilməsini təklif edir

Madrid, 14 noyabr, AZƏRTAC

İspan həkimləri əmindirlər ki, dövlət krallığın bütün sakinlərinə az dozada D vitamini paylasaydı, bu, koronavirusun yayılmasının qarşısını almağa və ikinci dalğanı ləngitməyə kömək edərdi.

AZƏRTAC xəbər verir ki, dünya əhalisinin yarıdan çoxu D vitamininə ehtiyac duyur.

Həkimlərin D vitamininin tətbiqi istiqamətində apardığı təcrübələr artıq müsbət nəticə verir. Məsələn, bu, Kordovadakı Sofiya Kraliçasının xəstəxanasında intensiv terapiyaya ehtiyacı olan xəstələrin sayının azalmasına səbəb olub.

Bundan əvvəl D vitamininin COVID-19-a qarşı mübarizədə səmərəliliyini ingilis alimləri qeyd edilmişdi.

Nigar Cəfərli

AZƏRTAC-ın xüsusi müxbiri

Madrid 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.