SİYASƏT


İspan mətbuatı: Türkiyə və Azərbaycan Şuşada Bəyannamə imzalayaraq müttəfiq olduqlarını təsdiq edirlər

Madrid, 16 iyun, AZƏRTAC

İspaniyada çıxan iqtisadiyyat və maliyyə jurnalının “elmundofinanciero.com” saytında, həmçinin “eldiario.es” xəbər portalında İspaniyanın EFE informasiya agentliyinin “Türkiyə və Azərbaycan Şuşada Bəyannamə imzalayaraq müttəfiq olduqlarını təsdiq edirlər” sərlövhəli məlumatı dərc edilib.

AZƏRTAC xəbər verir ki, bu materiallarda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın erməni işğalından azad edilmiş Şuşa şəhərinə səfərindən bəhs edilir.

İspan mətbuatı yazır ki, iyunun 15-də Azərbaycan və Türkiyə Şuşa şəhərində birgə Bəyannamə imzalayaraq müttəfiqlik münasibətlərini təsdiq ediblər. Bu Bəyannamə Azərbaycan-Türkiyə münasibətlərini ən yüksək səviyyəyə çatdırıb.

Məqalələrdə iki dövlətin liderlərinin Şuşa Bəyannaməsi barədə sözləri sitat gətirilib. Onlar bildiriblər ki, bu Bəyannamə Azərbaycan ilə Türkiyənin həmişə birlikdə olacağını və bir-birinin təhlükəsizliyini dəstəkləyəcəyini sübut edir. Bildirilir ki, liderlər hərbi sahədə əməkdaşlıq və qarşılıqlı yardım məsələlərinə toxunub, Şuşada Türkiyənin Konsulluğunun açılması planını bəyan ediblər.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib: “Bizim gücümüz Azərbaycanın gücü, Azərbaycanın gücü də bizim gücümüzdür”.

Bildirilir ki, Türkiyə Prezidenti Azərbaycana səfəri çərçivəsində bu ölkənin parlamentində çıxış edəcək və Futbol üzrə Avropa çempionatı çərçivəsində Bakı Olimpiya stadionunda keçiriləcək Türkiyə-Uels matçına tamaşa edəcək.

 

Nigar Cəfərli

AZƏRTAC-ın xüsusi müxbiri

Madrid

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.