DÜNYA


İspan xalqı 2050-ci il üçün ən “qoca” millətlərdən birinə çevrilə bilər

Madrid, 4 fevral, AZƏRTAC

İspaniyalı tədqiqatçılar hesab edirlər ki, ispan milləti 2050-ci il üçün qocalacaq, lakin bunun müsbət effekti də ola bilər.

AZƏRTAC xəbər verir ki, İspaniya sığorta şirkətinin - MAPFRE-nin prezidenti Antonio Uertas və “Deusto Business School” akademiyasının direktoru İnyaki Orteqanın “Çalsaç inqilab” kitabını nəşr ediblər. Onlar kitabda yaşı 55-dən çox olan insanların böyük potensialından, onların cəmiyyətə faydalı ola biləcəyindən yazıblar.

Müəlliflər 55-70 yaşlı insanları “yaşlaşmış nəslə” aid ediblər. Onların fikrincə, bu yaş kateqoriyasına aid olan insanların əlindən alınan və gənclərə verilən işləmək imkanlarını onlara geri qaytarmaq lazımdır.

A.Uertas və İ.Orteqa əhalinin qocalmasını İspaniya üçün əsas demoqrafik çağırış hesab edirlər. Onların fikrincə, ispan milləti 30 il sonra dünyanın ən “qoca” millətlərindən birinə çevrilə bilər.

Digər tərəfdən, bildirilir ki, ömür müddəti bütövlükdə artıb. Buna görə də indi 60 yaşında olan adamları 40 yaşlılar kimi qəbul etmək olar. Müəlliflər uzunömürlülüyün sirrini bir sıra amillərdə, o cümlədən sakit həyat tərzində, yaxşı iqlimdə, sağlam qidalanmada, habelə firavan cəmiyyətdə görürlər.

Nigar Cəfərli

AZƏRTAC-ın xüsusi müxbiri

Madrid

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.