MƏDƏNİYYƏT


İspan yazıçısı Xavier Serkasın “Təhrik” povesti Azərbaycan dilində

Bakı, 6 avqust, AZƏRTAC

Gənc yazıçı-tərcüməçi Məmməd Məmmədlinin ispan dilindən çevirdiyi “El móvil” (Təhrik) əsəri “Rakuten Kobo” elektron kitab yayımı platformasında yerləşdirilib.

AZƏRTAC xəbər verir ki, müəllifin ilk əsəri olan “El móvil” 2003-cü ildə İspaniyada “Tusquets” nəşriyyatında çap olunub.

İspan yazıçısı Xavier Serkasın “El móvil” povesti vaxtilə İspaniyada bestseller olub və böyük oxucu auditoriyası qazanıb. Əsərin qəhrəmanı Alvaro hüquq məsləhətxanasında işləyən ədəbiyyat vurğunudur. Real hadisələr əsasında novella yazmaq qərarına gəlir. Bunun üçün o, üzünü qonşulara - maddi çətinlikdən əziyyət çəkən cavan bir ailəyə, pensiyaya çıxmış qaradinməz bir qocaya və yaşadıqları evin qapıçısı işləyən qadına tutur. Alvaro novellasını yazdıqca özündən xəbərsiz yaşadığı binada cinayət törədir. Ancaq buna baxmayaraq yazıçı reallığın novellaya bənzəmədiyindən peşman deyil.

Kitabı oxumaq istəyənlər https://www.kobo.com/ww/en/ebook/thrik?fbclid=IwAR0SzlC9A9H-8i3YeNUJWbVxizZQFUIvFrOuGqKnVAJkNyLIgsNgbZDns2U linkinə daxil ola bilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.