İQTİSADİYYAT


İspandilli mətbuat Füzuli Hava Limanında həyata keçirilən ilk reysdən yazır

Madrid, 6 sentyabr, AZƏRTAC

İspaniyanın EFE xəbər agentliyinin saytında və Latın Amerikasının “Diariolibre” onlayn nəşrində müharibədən sonra Azərbaycan aviaşirkəti tərəfindən Qarabağa həyata keçirilən ilk sınaq reysi barədə yazılar dərc olunub.

AZƏRTAC xəbər verir ki, materiallarda Füzuli Beynəlxalq Hava Limanının istismara verilməsindən əvvəl Bakıdan sınaq reysi həyata keçirən “Azərbaycan Hava Yolları”na (AZAL) məxsus “Airbus A340-500” tipli ən iri sərnişin təyyarəsinin Qarabağa eniş etdiyi diqqət çatdırılır.

Bildirilir ki, Azərbaycan ötən ilin payızında işğaldan azad edilmiş Laçın və Zəngilan rayonlarında da beynəlxalq aeroportlar tikir.

Nigar Cəfərli

AZƏRTAC-ın xüsusi müxbiri

Madrid

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.