SİYASƏT


İspandilli nəşrlər Azərbaycanın İrandakı səfirliyinə hücumdan yazıb

Bakı, 28 yanvar, AZƏRTAC

İspaniyanın EFE xəbər agentliyi, “SWI swissinfo.ch” nəşrinin ispandilli versiyası, Argentinanın “Infobae” saytı yanvarın 27-də Azərbaycanın İrandakı səfirliyinə hücum barədə məlumat yayıblar.

AZƏRTAC xəbər verir ki, materiallarda Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücum nəticəsində bir nəfərin həlak olduğu, iki nəfərin yaralandığı bildirilir.

İspaniyanın EFE xəbər agentliyi Azərbaycan XİN-ə istinadla yazır: “Hücum edən şəxs “Kalaşnikov” avtomatından mühafizə postuna atəş açaraq, təhlükəsizlik xidmətinin rəisini öldürüb, digər iki mühafizəçi hücumun qarşısını alarkən yaralanıblar”. Qeyd olunur ki, Azərbaycanın xarici siyasət idarəsi bu məkrli terror aktını qətiyyətlə pisləyib.

Nəşrlər Azərbaycan hökumətinin məlumatına istinadla vurğulayır ki, bu, ölkənin diplomatik nümayəndəliyinə edilən ilk silahlı hücumdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.