İQTİSADİYYAT


İspandilli nəşrlər Azərbaycanın İtaliyaya qaz tədarükünü ikiqat artırmaq niyyətindən yazır

Madrid, 30 aprel, AZƏRTAC

İspaniyanın EFE xəbər agentliyi, “SWI swissinfo.ch” (İsveçrə İctimai Yayım Korporasiyasının (SRG SSR) beynəlxalq onlayn platforması) ispandilli versiyası “Azərbaycan İtaliyaya qaz tədarükünü ikiqat artıra biləcəyini deyir” sərlövhəli məqalə dərc edib.

İspandilli mətbuatda qeyd edilib ki, aprelin 29-da keçirilən “Cənubi Qafqaz: inkişaf və əməkdaşlıq” beynəlxalq konfransının iştirakçıları ilə görüşdə Prezident İlham Əliyev Azərbaycanın İtaliyaya qaz tədarükünü iki dəfə artıra biləcəyini, bunun üçün isə Trans-Adriatik Qaz Boru Kəmərinin (TAP) gücünün artırılmasının gərəkli olduğunu deyib.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısının sözlərinə görə, əlavə kompressor stansiyalarının quraşdırılması ilə TAP-ın ötürücülük qabiliyyətini ildə 20 milyard kubmetrə çatdırmaq olar. İspandilli nəşrlər yazır ki, TAP-ın gücünün artırılması İtaliyaya təbii qaz tədarükünü ikiqat artıra biləcək, İlham Əliyev bu məsələni artıq İtaliyanın Baş naziri Mario Draqi və xarici işlər naziri Luici Di Mayo ilə müzakirə edib.

EFE qeyd edir ki, Bakının bu sahədə yeganə məqsədi Avropa bazarına bənzər sabit və tənzimlənən bazara çıxış əldə etməkdir.

Nigar Cəfərli

AZƏRTAC-ın xüsusi müxbiri

Madrid

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.