DÜNYA
İspandilli yəhudi portalı Azərbaycandakı tolerantlıqdan bəhs edir
Madrid, 10 iyun, AZƏRTAC
Bakıda keçirilən Beynəlxalq Humanitar Forumun iştirakçısı olmuş yəhudi əsilli uruqvaylı jurnalist İsak Qliqsberq ispandilli diariojudio.com portalında geniş məqalə ilə çıxış edib.
AZƏRTAC xəbər verir ki, "Azərbaycandakı dağ yəhudiləri - dünyada dini tolerantlığın nümunəsi" sərlövhəli məqalədə ölkəmizdə hökm sürən tolerantlıq mühitindən bəhs edilir, yəhudi icmasının burada əsrlərboyu sülh və əmin-amanlıq içində yaşaması haqqında danışılır. Müəllif Bakıda keçirilmiş V Beynəlxalq Humanitar Forumda iştirakını xatırlayır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin buradakı çıxışından böyük sitat gətirən jurnalist multikulturalizmin Azərbaycanda dövlət siyasəti olmaqla bərabər, bir ənənəyə çevrildiyini qeyd edir.
Məqalənin müəllifi qeyd edir ki, "Mən Azərbaycana səfərim zamanı yəhudilərin, xristianların və müsəlmanların, eləcə də başqa dinlərin nümayəndələrinin necə bərabər, sülh və əmin-amanlıq şəraitində yaşaya bildiklərini gördüm."
Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Madrid
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [19:06]
Gürcüstan və AİB arasında əməkdaşlığın perspektivləri müzakirə edilib
- 19.04.2024 [18:45]
Tbilisidə mitinqlər zamanı beş polis əməkdaşı yaralanıb
- 19.04.2024 [18:37]
İranın Parisdəki konsulluğuna girən şübhəli şəxs saxlanılıb
- 19.04.2024 [18:20]
Gürcüstanın müdafiə naziri ABŞ generalı ilə görüşüb
- 19.04.2024 [18:00]
“World Weather Attribution”: Qərbi Afrikanı görünməmiş istilər bürüyüb
- 19.04.2024 [17:59]
İsveçrədə “tarakanabənzər dron” hazırlanıb
- 19.04.2024 [17:55]
İranın Parisdəki konsulluğu polisdən müdaxilə tələb edib
- 19.04.2024 [17:22]