DÜNYA


İspaniya Əfqanıstana 20 milyon avro həcmində humanitar yardım ayırıb

Madrid, 14 sentyabr, AZƏRTAC

Əfqanıstanın bərpası üçün vəsait toplamaq məqsədilə Birləşmiş Millətlər Təşkilatının (BMT) Cenevrədə təşkil etdiyi donorlar görüşündən sonra 1,1 milyard dollardan çox (təxminən 930 milyon avro) vəsait yığılıb.

AZƏRTAC xəbər verir ki, BMT-nin Baş katibi Antonio Quterreşin sözlərinə görə, əfqanlar tam iqtisadi iflas təhlükəsi qarşısındadırlar və bu ayın sonunda ölkənin ərzaq ehtiyatı tükənə bilər. Dünya Ərzaq Proqramı Əfqanıstanda 14 milyon insanın kəskin aclıqla üzləşməsi barədə xəbərdarlıq edib.

BMT-nin hesablamalarına görə, Əfqanıstanda humanitar vəziyyətin daha da pisləşməməsi üçün təkcə bu il təqribən 606 milyon dollar (513 milyon avro) tələb olunur. Gələn il ərzində beş yaşadək uşaqların təxminən 50 faizinin yarıac-yarıtox yaşayacağı gözlənilir. Bu səbəbdən vəsaitin üçdəbiri ərzaq proqramlarına sərf olunacaq.

İspaniyanın xarici işlər naziri Xose Manuel Albares donorların virtual görüşündə bildirib ki, İspaniya Əfqanıstana humanitar yardım kimi 20 milyon avro, o cümlədən bu il azı 7 milyon avro ayıracaq.

 

Nigar Cəfərli

AZƏRTAC-ın xüsusi müxbiri

Madrid

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.