DÜNYA


İspaniya Avropanı zeytun yağı qıtlığından xilas edəcək

Madrid, 13 mart, AZƏRTAC

İspaniya İtaliyada və digər Aralıq dənizi ölkələrində zeytun məhsulunun az olması səbəbindən Avropada zeytun yağının əsas istehsalçısı olub.

AZƏRTAC Avropa Komissiyasına istinadla xəbər verir ki, 2019-cu ildə İspaniya təqribən 1,6 milyon ton, yaxud Aİ-də zeytun yağının ümumi həcminin 75 faizi qədər yağ ixrac edəcək.

İtaliyada zeytun yağı istehsalı 50 faiz azalıb. Bu il ölkə yalnız 205 min ton zeytun yağı istehsal etməyi planlaşdırır. İspaniyada, əksinə, istehsalın 26 faiz artacağı gözlənilir.

Digər tərəfdən, İspaniya Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, ölkədə zeytun yağının qiymətləri 28 faiz ucuzlaşıb. Gözlənildiyinə görə, ixracatın həcminin artması qiymətlərin ucuzlaşmasını kompensasiya edəcək.

Nigar Cəfərli

AZƏRTAC-ın xüsusi müxbiri

Madrid

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.