SİYASƏT
İspaniya Azərbaycan ilə uğurlu əlaqələrinin inkişafından məmnundur
Bu fikir İspaniyanın Xarici İşlər və Əməkdaşlıq Nazirliyinin məlumatında yer alıb
Bakı, 11 fevral, AZƏRTAC
Azərbaycanla İspaniya arasında diplomatik əlaqələrin qurulmasının 25-ci ildönümü ilə əlaqədar İspaniyanın Xarici İşlər və Əməkdaşlıq Nazirliyi məlumat yayıb. Bu barədə AZƏRTAC-a Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Məlumatda deyilir: “İspaniya hökuməti bu gün Azərbaycan Respublikası ilə İspaniya Krallığı arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyini qeyd edir. İyirmi beş il ərzində hökumətlər arasında mütəmadi yüksək səviyyəli əlaqələr, təhsil, sənaye, kənd təsərrüfatı və dəniz nəqliyyatı kimi sahələrdə təcrübə və əməkdaşlıq mübadiləsi ilə birlikdə diplomatik əlaqələrimizin uğurlu inkişafından İspaniya hökuməti məmnunluğunu bildirir. İspaniya hökuməti xalqlarımızı daha da yaxınlaşdırmaq məqsədilə ikitərəfli qaydada və eləcə də beynəlxalq institutlar vasitəsilə, xüsusilə Avropa Qonşuluq Siyasəti çərçivəsində hər iki ölkəni birləşdirən əlaqələrin dərinləşdirilməsinin davam etdirilməsini arzulayır.
İspaniya hökuməti ikitərəfli münasibətlərimiz üçün əlamətdar olan bu hadisə münasibətilə dost Azərbaycan xalqına sülh, əmin-amanlıq və rifah diləklərini çatdırır”.