DÜNYA


İspaniya Kataloniyaya əlavə qüvvələr göndərir

Madrid, 16 oktyabr, AZƏRTAC 

İspaniya Daxili İşlər Nazirliyi (DİN) Kataloniyada başlanmış etiraz aksiyaları ilə əlaqədar xüsusi təyinatlı polis dəstələrinin daha 300-dək əməkdaşını bu gün regiona göndərib.

Polisin və mülki mühafizənin əsas qüvvələri regionun strateji baxımdan mühüm obyektlərinin müdafiəsinə və mühafizəsinə cəlb edilib.

Yeni kontingent İspaniya DİN-in Ali Məhkəmə tərəfindən Kataloniya liderlərinə hökmün çıxarılması ərəfəsində göndərdiyi 800-dək polisə və mülki mühafizəçiyə qoşulacaq.

Çərşənbə günü Kataloniyada regionun müxtəlif şəhərlərindən Barselona istiqamətində yürüşlər başlayıb. Gözlənildiyinə görə, azadlıq marşının iştirakçıları cümə günü muxtar qurumun paytaxtına çatacaqlar. Həmin gün ümumi tətil planlaşdırılıb. Müstəqillik tərəfdarları yolları bağlamaqla, Kataloniyanı təcrid etmək istəyirlər.

Nigar Cəfərli

AZƏRTAC-ın xüsusi müxbiri

Madrid

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.