DÜNYA


İspaniya Konqresi ədliyyə nazirinin istefa verməsini tələb edir

Madrid, 12 oktyabr, AZƏRTAC

İspaniya Konqresi ədliyyə naziri Dolores Delqadonun istefa verməsini tələb edir.

AZƏRTAC xəbər verir ki, bu barədə qərar səs çoxluğu ilə qəbul edilib.

Sənədin mətnində “ədliyyə nazirinin dərhal istefa verməli” olmasından danışılır. Bu təşəbbüsü irəli sürənlərin fikrincə, keçmiş polis komissarı Xose Vilyarexo ilə D.Delqadonun söhbətinin naziri hörmətdən salan yazısı yayılandan sonra Delqado bu vəzifədə qala bilməz.

Hökumətin sədri Petro Sançes D.Delqadonu vəzifəsindən kənarlaşdırmaq hüququna malikdir, lakin Konqresin qərarı onun üçün məcburi deyil.

Nigar Cəfərli

AZƏRTAC-ın xüsusi müxbiri

Madrid 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.