REGİONLAR


İspaniya Krallığının Valladolid Universiteti “Erasmus+” proqramı çərçivəsində sənəd qəbulu elan edir

Mingəçevir, 22 oktyabr, AZƏRTAC

Avropa İttifaqının maliyyələşdirdiyi “Erasmus+” proqramı çərçivəsində İspaniya Krallığının Valladolid Universiteti tələbə-müəllim mübadiləsinin həyata keçirilməsi üçün sənəd qəbuluna başlayır.

Qeyd etmək lazımdır ki, Mingəçevir Dövlət Universiteti İspaniya Krallığının Valladolid Universiteti ilə “Erasmus+” proqramı çərçivəsində müəllim-tələbə mübadiləsinin həyata keçirilməsi üzrə ikili saziş bağlayıb.

Mingəçevir Dövlət Universitetindən AZƏRTAC-a bildiriblər ki, proqram çərçivəsində 2020/2021-ci tədris ilində ali təhsilin bütün səviyyələri üzrə (bakalavr, magistratura və doktorantura) tələbə mübadiləsi həyata keçiriləcək. Universitetdə tədris ispan və ingilis dilində aparılır. Mübadilə ilə bağlı bütün xərclər “Erasmus+” təqaüdü hesabına ödəniləcək. “Erasmus+” proqramı çərçivəsində təhsil müddəti bir və ya iki semestrdir.

Proqramda iştirak etmək istəyən tələbələr aşağıdakı tələblərə cavab verməlidir:

- I, II, III kurs tələbəsi olmaq (bakalavr), ÜOMG minimum 75 bal;

- Magistrantlar üçün ÜOMG minimum 80 bal;

- İngilis və ya ispan dili üzrə bilik səviyyəsi minimum B2 olmalıdır.

Həmçinin proqram çərçivəsində Mingəçevir Dövlət Universitetinin akademik və inzibati heyət üzvləri 5 gün müddətində Valladolid Universitetində təlimlərdə və pedaqoji fəaliyyətlərdə iştirak edə bilərlər. Universitetdə tədris ispan və ingilis dilində aparılır. Proqramda iştirak etmək istəyən əməkdaşlar ingilis və ya ispan dillərini C1 səviyyəsində bilməsi tələb olunur.

Təqaüd üçün aşağıda verilmiş linkə daxil olaraq qeydiyyatdan keçmək lazımdır.

https://uvamobplus.uva.es/publico/inicio

Tələb olunan sənədlər:

https://uvamobplus.uva.es/files/61356/31/CALL_2_EN.pdf" (tələbələr üçün)

https://uvamobplus.uva.es/files/61356/CALL_INCOMING_2021_EN.pdf

 https://uvamobplus.uva.es/files/61356/Sellado_Correccin_Errores_1.pdf

Müraciət üçün son tarix oktyabrın 30-dəkdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.