İDMAN


İspaniya La Liqası: “Barselona” klubu “El-Klassiko” öncəsi xal itirib

Bakı, 15 dekabr, Nicat Məmmədov, AZƏRTAC

Dekabrın 14-də İspaniya La Liqasının 16-cı turunun növbəti oyunları keçirilib.

AZƏRTAC xəbər verir ki, sonuncu çempion “Barselona” klubu səfərdə “Real Sosiedad” komandasının qonağı olub. Görüş 2:2 hesablı heç-heçə ilə başa çatıb. Kataloniyalıların heyətində Antuan Qrizman, Luis Suares, “Real Sosyedad” klubunda isə Mikel Oyarzabal və Aleksander İsak fərqləniblər.

“Barselona”nın əzəli rəqibi “Real Madrid” klubu dekabrın 15-də səfərdə “Valensiya” komandası ilə qarşılaşacaq.

Xatırladaq ki, “El-Klassiko” dekabrın 18-də Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.