İDMAN


İspaniya La Liqası: “Barselona” səfərdə qalib gələrək xal fərqini azaldıb

Bakı, 6 iyul, Nicat Məmmədov, AZƏRTAC

İyulun 5-də futbol üzrə İspaniya La Liqasının 34-cü turunun növbəti oyunu keçirilib.

AZƏRTAC xəbər verir ki, çempionluğa iddialı “Barselona” səfərdə “Villareal”ı qəbul edib.

Görüş qonaqların 4:1 hesablı qələbəsi ilə başa çatıb.

Kataloniya təmsilçisinin heyətində Luis Suares, Antuan Qrizman, Ansu Fati və Pou Torres (avtoqol) fərqləniblər. “Villyareal”ın təsəlli qoluna Jerard Moreno imza atıb.

Bu qələbə sayəsində “Barselona” aktivinə 73 xal yazaraq lider “Real Madrid”dən dörd xal geri qalır. “Villyareal” isə 54 xalla 5-ci yerdə qərarlaşıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.